Zaqatala rayonunda şəhid Natiq Mahmudovun xatirəsi yad edilib FOTOLAR
YAP Zaqatala rayon təşkilatının rəhbərliyi, rayon icra hakimiyyətinin rəhbərliyi, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Muxax kənd sakini Mahmudov Natiq Ramazan oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini böyük ehtiramla yad ediblər. Sonda şəhid ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və nümunəvi gənclər kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Natiq Mahmudov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB