“Valeri Pekressin qara siyahıya salınması tamamilə doğru addımdır” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Valeri Pekressin qara siyahıya salınması tamamilə doğru addımdır” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Qarabağa qanunsuz səfər edərək separatçı rejimə dəstək verən Fransa prezidentliyinə namizəd Valeri Pekressin və onu müşayiət edən nümayəndə heyətinin qara siyahıya salınması tamamilə doğru addımdır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Onun sözlərinə görə, bu məsələdə yalnız o ərazilərə buraxılan şəxsləri qara siyahıya salmaqla kifayətlənməməliyik: “Burada Qarabağa bizim icazəmiz olmadan xarici ölkə, o cümlədən, Fransa, Rusiya və digər ölkələrin vətəndaşlarını buraxan sülhməramlılar və onların da rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Belə səfərlərin qarşısının alınması üçün xarici işlər nazirliyinin bəyanatından başqa, bizim kəşfiyyat da öncədən əldə etdiyi məlumatlar əsasında səmərəli əks tədbirlər həyata keçirilməlidir. Yox əgər bəyanatlar və həyata keçirilən fəaliyyətlər real nəticələr vermirsə, o zaman bizim əsgərlərimiz sərhədlərimizi pozan istənilən şəxsi legitim hədəf elan etməli və onu zərərsizləşdirməlidir. Bu, həm də Azərbaycan Respublikasının müvafiq döyüş nizamnamələri tərəfindən tənzimlənən bir məsələdir və bu məsələdə biz tərəddüd etməməliyik. Sülhməramlılar əgər öz funksiyalarını tam həcmdə yerinə yetirə bilmirlərsə, deməli, Azərbaycan əsgəri həmin Laçın dəhlizini nəzarətə götürməli, ora daxil olan bütün heyəti yoxlamalı və aidiyyəti olmayan insanların həmin ərazilərə girişini əngəlləməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə