QALİB LİDERİN XİLASKARLIQ ÇAĞIRIŞI – “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” TƏHLİL
2020-ci il çətinliklər ili olsa da, sonda Qalib İl oldu. Birlikdə həmrəylik göstərərək 2020-ci il noyabrın 10-u - Azərbaycan Qarabağa qovuşdu, tarixi ədalət bərpa olundu, bütövləşdik, Qarabağ Azərbaycanımız olduğumuzu dünyaya sübut etdik. Həmçinin də, əsrin bəlası olan, bütün dünya üçün bir nömrəli problem olan COVİD-19 pandemiyası bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatını iflasa uğratdı, aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı. Bugünkü şəraitdə bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələrin müəllifi Qalib Lider Prezident İlham Əliyev ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində «Biz birlikdə güclüyük!» şüarı ilə zəruri addımlar atdı və “Biz birlikdə güclüyük» şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib. Prezident İlham Əliyevin dediyi kimi: “Artıq Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir”. Azərbaycan Prezidenti Azərbaycan pandemiya istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edərək dünyanın bütün təşkilatlarını, aparıcı dövlətlərini bu gün də həmrəyliyə çağırır. Bu isə Azərbaycanın pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə aparması ona beynəlxalq miqyasda da böyük rəğbət qazandırıb. Azərbaycan beynəlxalq məsuliyyətinə sadiq olaraq könüllü şəkildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon ABŞ dolları həcmində, eləcə də 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımları edib. Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəyərləndirilib, digər ölkələrə nümunə göstərilib.
Pandemiyaya qarşı mübarizədə “Azərbaycan nümunəsi” hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Sirr deyil ki, Hərəkat son on illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycanın pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir. Azərbaycanın koronavirus pandemiyası ilə apardığı mübarizə bir daha onu göstərdi ki, ölkəmiz bu istiqamətdə qlobal səviyyədə liderliyini davam etdirir. Çünki Azərbaycan bəzi ölkələr kimi pandemiya ilə mübarizədə yaxasını kənara çəkmədi, əksinə, bütün müstəvilərdə xəstəliklə mübarizə zəminində hətta dünyaya da öz töhfəsini verdi. Pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.
DÜNYADA AZƏRBAYCANA OLAN İNAMIN VƏ ETİMADIN GÖSTƏRİCİSİ - BMT PREZİDENT İLHAM ƏLİYEVİN TƏŞƏBBÜSÜNÜ DƏSTƏKLƏYİR
Prezident İlham Əliyevin dediyi kimi: “Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur". Bu, aksiomadır. Bu gün bütün sahələrdə nümunə göstərən Azərbaycan bölgənin lider dövlətlərindən olaraq pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur.
Qeyd edək ki, dünyanın bir çox ölkəsi ötən ilin dekabrından əhalini koronavirus infeksiyasına qarşı peyvəndlənməsinə başlayıb. Ölkəmizdə COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də start verilib və hazırda tam sürətlə davam edir. MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatlara əsasən regionda peyvəndləməyə ilk başlayan ölkələrdən biri olan Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır. Belə ki, milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin peyvəndlənməsi aparılır. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan Prezidenti “peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlayıb. Azərbaycan indiyədək 80-ə yaxın ölkəyə birbaşa və ÜST xətti ilə maliyyə və humanitar yardım edib, bir sıra ölkələrə təmənnasız olaraq COVİD-19 əleyhinə vaksinlər göndərib.
Heç təsadüfi deyil ki, Prezidentt İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü "Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi" adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması ayrıseçkiliyi göstərən ilk çıxış idi. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qəbul edilən qətnaməyə bitərəf olan 7 ölkədən birinin Ermənistan olması heç də təəccüblü deyildi. Bu, Ermənistanın bütün məsələlərə siyasi prizmadan baxmasının, Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının daha bir bariz nümunəsidir. Hazırda isə regionda ən effektiv mübarizə üsulunu məhz Azərbaycan həyata keçirir. Belə ki, onu da vurğulamaq lazımdır ki, Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.Heç təsadufi deyil ki, dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkə səs verməyib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin nə dərəcədə güclü olduğunun göstəricisidir.
PREZİDENT İLHAM ƏLİYEV: "BƏLKƏ DƏ DÜNYADA ÖZ VƏTƏNDAŞINA BU QƏDƏR QAYĞI VƏ DİQQƏT GÖSTƏRƏN İKİNCİ ÖLKƏ YOXDUR"
Prezident İlham Əliyev: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur". Bu, aksiomadır. Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Məhz bu gün Ümumdünya Səhiyyə Təşkilatı Prezident İlham Əliyevin liderliyini alqışlaması dünyada Azərbaycan Prezidentinə, apardığı siyasətə inamın və etimadın göstəricisidir.
Ümumiyyətlə, bütün bu uğurlar onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir, təşəbbüsləri dünya miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir.
“AZƏRBAYCAN DÜNYA MİQYASINDA NADİR ÖLKƏLƏRDƏNDİR Kİ, KORONAVİRUSA YOLUXAN BÜTÜN XƏSTƏLƏR TİBBİ MÜƏSSİSƏLƏRDƏ MÜALİCƏ ALIR”
Bu gün Azərbaycan xalqı böüyük qürur hissi keçirməklə, sabaha və gələcəyə böyük ümüdlə gedir. Çünki Azərbaycan xalqı gördü ki, Prezident İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti müddətində Azərbaycanda vətəndaş amili hər zaman ön planda olub. “Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub. Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”, - deyən ölkə başçısı İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanda vətəndaş amili hər zaman ön planda tutulur.
Ölkə rəhbəri daha bir çıxışlarında qeyd edir ki, “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısının da vurğuladığı kimi, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.
Bir sözlə, əminliklə demək olar ki, bütün sahələrdə Azərbaycan xalqını uğurlu gələcəyə aparan Qalib Lider İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – “Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB