Prezident İlham Əliyev: “Bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir” ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib: «Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib».
Dövlət başçısı onu da söyləyib ki, çünki bunun başqa yolu yoxdur: "Ağdam şəhəri nə gündədir, siz də görmüsünüz. İndi bütün dünya bunu görür. Artıq minlərlə insan – siyasətçi, deputat, ictimai xadim, jurnalist, xarici vətəndaş Ağdamda olub və bu dağıntıları görüb. Müharibənin başa çatmasından bir ildən çox vaxt keçir. İndi baxın, bir Avropa təşkilatı bu müsibət, bu fəlakət, bu faşizmlə bağlı bir söz deyib? Yox! Görməzliyə vururlar, sanki bu, heç olmayıb. İndi Ağdam şəhəri yoxdur, tamamilə dağıdılıb, talan edilib və hər tərəf minalanıb. Müharibə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst olub, əlil olub. Amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı? Yox! İşğal dövründə etnik təmizləməyə görə, Xocalı soyqırımına görə bir Avropa təşkilatı Ermənistanı qınayıbmı? Yox! Həqiqət budur, reallıq budur və əlbəttə ki, biz bu reallığı nəzərə almalıyıq, amma heç vaxt barışmamlıyıq. Necə ki, işğalla barışmamışdıq, ədalətsizliklə barışmamışdıq. Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib. Çünki bunun başqa yolu yoxdur. Nəyə görə? Güc, iradə, birlik, həmrəylik və məsuliyyət. Siyasətdə, həyatda, idmanda bax, bu amillər hesab edirəm ki, hər bir insana, siyasətçiyə başucalığı gətirəcək. Bir daha demək istəyirəm ki, sizin qələbəniz sadəcə idman qələbəsi deyil. Çünki siz Ağdam şəhərini təmsil edirsiniz. Əminəm ki, gün gələcək biz Ağdamı dediyim kimi quracağıq, elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq və siz ev oyunlarınızı Ağdamda keçirəcəksiniz, “İmarət” stadionunda keçirəcəksiniz, orada parlaq qələbələr qazanaraq, xalqımızı sevindirəcəksiniz".
QALİB LİDERİN QALİB TORPAĞA QƏLƏBƏ SƏFƏRLƏRİ DÜNYAYA BİR MESAJDIR
Bəli, bütün dünya bir daha gördü ki, Azərbaycana Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, xalqının, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev bütün sahələrdə Qalib Lider, Qalib Siyasətçi, Qalib Prezidentdir. Heç vaxt yurdu-yuvası, torpağı olmayan, onun-bunun qoltuğuna sığınıb «məzlum obrazına» düşməklə, yersiz, evsiz gəlib «evli, yerli» olmaları ilə ötən ilin sentyabrın 27-də işğalçı, vandal, barbarlığı ilə başladığı təxribatlara Azərbaycan Prezidenti İlham Əliyevin «İRƏLİ!» əmri ilə Müzəffər Ordumuzun əsgər və zabitlərini şücaətilə 30 il yurd-yuvalarından qaçqın düşmüş torpaq həsrətinə 44 gün ərzində Qalib gəlməklə bir daha dünyaya sübut etdi ki, Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu ola bilməz və işğalçı Paşinyan hakimiyyətinin yalağı, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyan kimilərin sonu torpaqlarımızdan it kimi qovulmalarıdır!
Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində Qələbəsinin Qalib Lideri Prezident İlham Əliyevin Qalib torpaqlarımıza tarixi səfərləri dövlət başçımızın işğaldan azad olunan torpaqlarımızın bərpası məsələsinə nə dərəcədə həssas yanaşdığının, həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulmasının həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Dövlət başçısı hər tarixi səfərlərində dönə-dönə dünyaya mesajları ilə bildirir ki, bəli, 28 ildən sonra Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik. Bir daha Qarabağın onun olduğunu və bir daha bundan sonra kimsənin ona yiyələnə bilməyəcəyini göstərdik. Prezidentimizin “Qarabağ Azərbaycandır və nida” ifadəsi, eləcə də 44 günlük Vətən müharibəsində Onun rəhbərliyi ilə Azərbaycan xalqının və Azərbaycan Ordusunun Qələbəsi birn daha bütün dünyaya göstərdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu, dövlətimizin, xalqımızın, ordumuzun, milli birliyimizin Qələbəsidir. Bu, haqqın və ədalətin zəfər çalmasıdır: «Heç kim bizi bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»
Bu gün hər bir azərbaycanlı, bütün Türk dünyası, həmçinin, çətin günlərimizdə bizə dəstək olan, əməkdaşlıq edən dünya dövləri və beynəlxalq təşkilatlar, bir sözlə Azərbaycanın ədalətin, haqqın yolunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının 44 günlük Vətən Müharibəsinin Zəfər Qələbəsini elliliklə qəbul edərək, ardıcıl olaraq ölkəmizə səfərlər etməklə erməni vandalizminin törətdiyi cinayətləri öz gözləri ilə gördülər. Ən əsası isə, Prezident İlham Əliyevin azad olunmuş torpaqlara səfərləri işğalçı ölkə ilə bərabər, bütün dünyaya bir daha sübut etdi ki, torpaqların əsl sahibləri qayıdıb, Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad edib və Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini edir.
“BİZ ELƏ BİR AĞDAM QURACAĞIQ Kİ, BÜTÜN DÜNYA ÜÇÜN ÖRNƏK OLACAQ”
Son 18 ilin uğurlarına baxsaq cənab Prezidentin verdiyi bütün vədlərin gerçəyə çevrildiyini görürük. Ulu Öndər Heydər Əliyev: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,-deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!
«Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstəricisidir.
Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində çıxışında bildirib ki, Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq: «Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır».
Bəli, bu gün Ağdamda möcüzələr yaradılacaq və yaradılmaqdadır. Çünki...
İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ GÖRÜLƏN İŞLƏR BÖYÜK QAYIDIŞIN BAŞLANĞICIDIR
Prezident İlham Əliyevin dekabrın 10-da imzaladığı «İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Sərəncamı bu sahəyə göstərilən qayğının göstəricisidir. Və İkinci Qarabağ müharibəsində şanlı qələbədən sonra yaranan reallıq göz önündədir. Qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə, Qarabağı yenidən cənnətməkana çevirməkdir. Dövlət büdcəsi hesabına Qarabağda 2,2 milyard manatlıq sərmayənin qoyuluşu da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq iqtisadi infrastrukturlar dayanıqlı inkişafa böyük imkan yaradacaq.
Bir sözlə, bu gün görülən işlər bir daha sübut edir ki, Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Azərbaycan sübut edir ki, o, təkcə haqlı deyil, həm də güclüdür. Azərbaycan qazandığı tarixi Qələbə ilə öz gücünü, qüdrətini bütün dünyaya bir daha göstərdi. Dövlət başçımızın dediyi kimi: «Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib».
Göründüyü kimi, ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə, 2022-ci ildə də yeni-yeni uğurlara nail olacağını göstərir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB