“Sülh sazişi danışıqları başlamadan Ermənistan mina xəritələrini verməyəcək” - MÜNASİBƏT BİLDİRİLDİ

“Sülh sazişi danışıqları başlamadan Ermənistan mina xəritələrini verməyəcək” - MÜNASİBƏT BİLDİRİLDİ

“Sülh sazişi danışıqları başlamadan Ermənistan mina xəritələrini verməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi səbəbi ilə həmin ərazidə Azərbaycanın Ermənistana və ermənilərə təzyiq imkanları məhduddur: "Digər təzyiq imkanlarından - Ermənistan-Azərbaycan sərhədində oluna bildiyi qədər istifadə olunur. Lakin Ermənistan hələ ki, bu təzyiqlərə bir şəkildə dirənir, mülki əhalinin və vəzifələrini yerinə yetirən işçilərin Qarabağda ölməsinə səbəb olur. Ermənistanın mina xəritələrini verməyə təzyiq edə biləcək digər səbəb də, hər minaya düşmüş vətəndaşın Ermənistanı AİHM-yə şikayət etməsidir. Düşünürəm ki, beləcə yaralanmış, ya da ölən şəxsin yaxınları Ermənistanı AİHK-nın 2, 3, və 8-ci maddələrinin pozuntusu ilə bağlı bu quruma şikayət etsə, xəritələri verməyə təsir edə bilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə