Şeytanla “BARTER” güvənilən deyil - TƏHLİL

Tarix boyu etibar qazana biləməyənlər, xəyanətlərə imza atanlar, ələlxüsus Qafqazda növcudluqları dövründə hər əsən küləyin istiqmətində meyl edənlər yenə də öz xislətlərni nümayiş etdirməkdə davam edirlər. Rusiyanın köməyi ilə meydana gələn, uzun zaman fasiləsində varlığını, mövcudluğunu məhz rusların hesabına qoruyub saxlayan Ermənistan eyni ilə bir zamanlar Türkiyəyə xəyanət edib ruslara satıldqıları kimi, indi də Rusiyanı Qərbə satır və bu xəyanətkar simalarını çəkinmədən belə, nümayişkəranə şəkildə ortaya qoyurlar. Bir sözlə, Azərbaycanın taleyinə belə simasızlarla qonşuluq düşüb və belələri ilə müqavilələrin, razılaşmaların nə demək olduğu bəlli məsələdir və sanki şeytanla razılaşmaya bənzəyir.

Şahidi olduğumuz kimi belə şeytanların öhdəsindən son günlər ruslar gəldilər və Soçidə 9 noyabr 2021-ci tarixində keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən imtina edib sonra da 15 dekabr tarixində Brüsseldə görüşmək razılığı verənləri 26 noyabr tarixində Soçidə görüşməyə vadar etdilər. Bir növ, şeytanı daha yaxından tanıyanlar güvənmədən bildikləri şəkildə, öz rıçaqlarından istifadə edərək məcburiyyət qarşısında qoydular. Bu da faktdır ki, 26 noyabr tarixində görüş reallaşdırıldı və Rusiya tərəfindən Ermənistana yetərincə mesajlar verildi. Hətta, Rusiya liderinin irəli sürdüyü təkliflərə baş əyən də elə erməni baş nazir özü oldu, baxmayaraq ki, sonradan özünün təyin etdiyi işçi qrupu onun fikirlərini inkar etməyə çalışdı. Eyni ilə şeytancasına, özü də utanmadan və çəkinmədən.

Maraqlı, eləcə də təzadlı məqamlar Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ABŞ dövlət katibi Blinkenlə 3 dekabr tarixində baş tutan görüşü zamanı da diqqəti cəlb etdi. Beləki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenlə görüş zamanı postmünaqişə dövrü ilə bağlı çağırışlar etdi. Bu çağırışlar ələlxüsus, “münaqişə bitməyib” iddialarına qarşı əhəmiyyətli sayıla bilər və burada məqsəd münaqişənin bitdiyini gündəmə gətirmək, bununla da məsələnin sülh yönündə həllinə köklənmək idi, hansıki bu Azərbaycanın sülhsevər mövqeyidir və çox yüksək qiymətləndirilməldir. Ona görə yüksək qiymətləndirilməlidir ki, burada məram yalnız təhlükəsizlik, sabitlik, stabillik, əməkdaşlıq və inkişafa xidmət edən sülhdür. Məsələ burasındadır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Blinkenlə görüş zamanı sərhəd məsələsini öz maraqları kontekstində təqdim etdi. Məsələn, Mirzoyan əvvəlcə ABŞ dövlət katibindən dırnaqarası “erməni əsirləri”n, əslində isə diversantların qaytarılması üçün kömək istədi, sonra “Qarabağda öz müqəddəratını təyin etmə” məsələsini ortaya atdı, ardınca da 30 ilə yaxın müddətdə münaqişənin həllini uzadan Minsk qrupu formatının bərpasının vacibliyini vurğuladı. Yəni, bu şeytanlar yalnız məsələni uzatmağa, min bir hiylə ilə fitnəni cücərtməyə can atdıqlarını aşkar şəkildə nümayiş etdirdilər və bunun da bütün dünya şahidi oldu. Şahidi oldu ki, rəsmi İrəvan, “münaqişə hələ bitməyib” tezisini gücləndirməyə can atır və bütün dövlətləri bu münaqişəyə cəlb etməkdən də çəkinmir. Əksinə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıldığı bir vaxtda, Rusiya və Avropa ciddi səylər göstərdiyi bir zamanda Ermənistan daxilində iki ölkə arasında münasibətlərin yaxınlaşdırılmasına qarşı olan qüvvələr fəaliyyətə keçiblər və sülh sazişinə mane olmaq üçün dəridən-qabəqdan çıxırlar. Bunun da adı bəllidir və buna şeytanlıq deyilir.

Əslində, Soçi görüşündən deyil, Brüssel görüşündən ermənilərin daha böyük gözləntilərinin olduğu dərhal bəlli oldu. Rusiyanın da Soçi görüşündən tam razı qalmadığı hiss olunurdu və Moskva da yaxşı bilir ki, ermənilərin ümidləri Brüssel görüşünədir. Elə Rusiyanı da qızışdıran məhz budur. Əvvəla, Avropa ilə Rusiya arasındakı arzuolunmaz münasibətlərin fonunda ermənilərin Soçi deyil, Brüssel görüşünə bel bağladıqları rusları özündən çıxarır, digər tərəfdən də ermənilərin daha kimlərə maşa olacaqlarından, hansı şeytanlıqlar edəcəklərindən ehtiyatlanırlar. Çox güman ki, Rusiya mina xəritələrinin verilməsi kimi bir öhdəliyi də Ermənistanın boynuna əbəs yerə qoymadı, ermənilərin hərbi əsir adlandırdıqları diversantların da qaytarılmasına nail oldu və məqsəd Brüssel üçün heç bir əlavə tədbirlər saxlamamaq idi. Amma, bu erməni şeytanları yaxş tanısalar da ruslar unudurlar ki, belələrindən nə desən gözləmək olar və o xəritələr elə bundan əvvəlki yalançı xəritələrdən, cəmi 25 faizi doğru çıxan xəritələrdən fərqlənməyə də bilər və bununla yenə oyun oynamış olarlar.

Bəli, Ermənistan tərəfi azad edilmiş digər ərazilərin də mina xəritələrini Azərbaycana təqdim etdi və əvəzində 10 erməni diversantını geri aldı. Bir növ rəsmi Bakı ilə İrəvan arasında “barter” həyata keçirildi. Məsələ burasındadır ki, Azərbaycan tərəfi Ermənistana təhvil verdiyi 10 nəfər erməni diversantı idi və burada yanlışlıq yoxdur, ola da bilməz və erməni diversantların əvəzinə İrəvana başqa kimsələr verilə bilməzdi, amma ermənilərin bizə təqdim etdikləri xəritələrin doğrunu, reallığı əks etdirəcəyi sual altındadır, necə ki, bundan əvvəl təhvil verdiyi xəritələr tam doğru çıxmırdı. Bilirik ki, bundan əvvəl Ağdam, Füzuli və Zəngilan olmaqla üç rayonun mina xəritələri bizə təqdim olunmuşdu və bu xəritələrin cəmi 25 faizi həqiqəti əks etdirirdi. İndi kim deyə bilər ki, bu dəfəki xəritələr tam həqiqəti əks etdirəcək və dəqiq mina xəritələri verilib?

Doğrudur, mina xəritələrinin tam dəqiqliyi istisna olsa da, Bakı yenə də uduzan tərəf deyil. Ən azından biz Azərbaycan tərəfi antiterror əməliyyatında saxlanılan erməniləri yox, 16 noyabrda sərhəddə saxlanılan erməniləri Ermənistana təhvil verməklə Qarabağda baş verənlərin “daxili məsələmiz” olduğunu və mövqeyindən geri çəkilmədiyini bir daha təsdiqlədi. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan cəmi 10 nəfər erməni diversantın əvəzinə qalan bütün mina xəritələrini almış oldu. Ən vacib olanı, daha önəmli olanı isə odur ki, biz Ermənistanın Brüssel görüşünün gündəmini formalaşdırmaq imkanını xeyli dərəcədə məhdudlaşdırdıq. Yəni, Ermənistanın rəsmi Bakını dırnaqarası “əsir” məsələsində ittiham etmək imkanları sıfıra endirildi. Bax bu “barter” ermənilərin Brüsseldə ittihamlarının qarşısını kəsir desək yanılmarıq və ən böyük nəticə də məhz budur.

Əlbəttə ki, hələ bundan sonra ermənilərin hansı məkrli fikirlər səsləndirəcəyi də bəlli deyil. İndi yeganə məqsədlərinin sərhədlərin delimitasiyasına, demarkasiyasına, Azərbaycanın ərazi bütövlüyünün tatınmasına, sülh sazişinə mane olduğunu nəzərə alsaq, ermənilərin nə kimi əməllərdən çıxacaqları bilinən deyil. Bilsə də bunu özləri xislətdə olan şeytan bilər. Kim bilir, indi hansı fikirlər, uydurmalar səsləndirmək niyyətindədirlər. Nəzərə almaq lazımdır ki, biz ən hiyləgər düşmənlə indi də diplomatik müstəvidə üz-üzəyik. Ola bilsin ki, Ermənistan tərəfi bu dəfə də doğru olmayan xətirələri təqdim edib və doğru olan xəritələrin müqabilində bu dəfə də başqa fikirləri ortaya ata bilərlər. Yəni, bu şeytanlarla "barter" güvənilən deyil və hər zaman hazırlıqlı olmaq lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə