Son günlərdə qonşu ölkələrdən Azərbaycana miqrasiya edən qəhvəyi mərmər bağacığı, xüsusilə, Zaqatala və Balakən rayonlarının ərazisində kütləvi şəkildə görünür. Payızda zərərverici fəallığını itirir və qışlamağa üstünlük verir. Bu dövr mübarizə üçün ən əlverişli vaxtdır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Agentlik bu zərərverici ilə mabarizə üsullarını da göstərib. Bildirilib ki, AQTA və digər qurumlar kimyəvi və feromon tələlərlə tədbirlər görür. Mexaniki mübarizə - süni tələlərin quraşdırılması isə ən təbii üsullardandır.Bununla yanaşı, yaşayış yerlərində əşyaların arxa hissələrinə diqqət yetirmək lazımdır, aşkar edilən bağacığı süpürgə və tozsoranla toplayıb, məhv etmək vacibdir.
“Bağacıqla mübarizədə vətəndaşların iştirakı çox önəmlidir”, - deyə məlumatda vurğulanıb.
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə