Kallas: Rusiyadan gələn təhlükə...

...müharibədən sonra da aradan qalxmayacaq

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa ölkələrini Rusiyaya qarşı müdafiələrini gücləndirməyə çağırıb.

SİA-nın məlumatına görə, müvafiq yazı onun Facebook səhifəsində yerləşdirilib.

Kallas əmindir ki, Rusiyadan gələn təhlükə Ukraynada müharibə bitdikdən sonra belə aradan qalxmayacaq.

...Biz Rusiyaya qarşı müdafiəmizi gücləndirməliyik, - deyə o yazıb.

Qərb Kallasın münaqişədə Ukraynanın üstünlüyü ilə bağlı dediklərinə cavab verib.

Kallasın sözlərinə görə, aydın məqsədləri və son tarixləri olan müvafiq fəaliyyət planı “Müdafiə hazırlığının yol xəritəsi 2030”da müəyyən edilib.

Xüsusilə, sənəd Aİ-yə üzv dövlətləri birgə inkişaf və satınalmalar vasitəsilə əsas sahələrdə “müdafiə imkanları koalisiyaları”nın formalaşdırılmasını başa çatdırmağa çağırır. Əhatə olunan mövzulara hava və raket hücumundan müdafiə, strateji dəstək sistemləri, hərbi mobillik, artilleriya sistemləri, kibertəhlükəsizlik, süni intellekt, elektron müharibə, raketlər və döyüş sursatları, pilotsuz uçuş aparatları və əks-dronlar, quru döyüşləri və dəniz qüvvələri daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə