Kompüter tomoqrafiyası müayinəsinə hazırlıq mərhələsi - VİDEO

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin böyük tibb bacısı İradə Tağıyeva “Səs” TV-yə verdiyi müsahibədə “Kompüter tomoqrafiyası müayinəsinə hazırlıq mərhələsi” barədə ətraflı məlumat verib. SİA xəbər verir ki, İradə Tağıyeva bildirib ki, KT müayinəsinin dəqiq və informativ nəticə verməsi üçün hazırlıq prosesi çox mühüm rol oynayır. Belə ki, hər bir pasiyentin fərdi vəziyyəti və aparılacaq müayinə növü nəzərə alınmaqla hazırlıq qaydaları dəyişir.

Bəzi hallarda pasiyentlər müayinədən bir neçə saat əvvəl qida və maye qəbulunu məhdudlaşdırmalı, bəzi hallarda isə əksinə, maye qəbulunu artırmalıdırlar. Bu göstərişlər həkim-radioloq və ya texniki personal tərəfindən əvvəlcədən pasiyentə izah olunur. KT müayinəsi zamanı kontrast maddə istifadə ediləcəksə, pasiyentin böyrək funksiyası yoxlanılmalı, allergik reaksiyaları barədə məlumat toplanmalı və lazımi tibbi hazırlıq aparılmalıdır.

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsi müasir texnologiyalarla təchiz olunub və burada çalışan peşəkar mütəxəssislər KT, MRT və digər görüntüləmə müayinələrinin yüksək keyfiyyətlə və təhlükəsiz şəkildə aparılmasını təmin edirlər.

.

Bütün xəbərlər Facebook səhifəmizdə