Putin yaşını niyə gizlədir?

Putinin əsl yaşı açıqlanıb...

Oktyabrın 7-də Rusiya lideri Vladimir Putinin 73 yox, 75 yaşı tamam olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Rusiya Terrorunu Durdur” Fondunun (ABŞ) rəhbəri German Obuxov oboz.ua-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Putinin rəsmi bioqrafiyası tamamilə uydurmadır.

...O, Vikipediyada deyildiyi kimi 1952-ci ildə deyil, 1950-ci ildə anadan olub. Bu barədə böyük bir kitabı öz araşdırmasını aparan və Putinin əsl anası ilə görüşən polşalı jurnalist yazıb. O, artıq həyatda deyil, Gürcüstanda vəfat edib, - o vurğulayıb.

Onun fikrincə, bu kiçik yalan bütün rejimin üzərində qurulduğu daha böyük yalanın okeanında bir damladır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə