Gənc Tamaşaçılar Teatrı Qubada çıxış edib

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı regionlara təşkil olunan qastrol səfərləri çərçivəsində Quba şəhər Mədəniyyət evində danimarkalı yazıçı Hans Xristian Andersonun “Düyməcik” nağılı əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

"Düyməcik"də rolları aktyorlar Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı və Gülbəniz Lətifova ifa ediblər.

Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağıl balaca tamaşaçılar tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə