Suriyada dəhşətli partlayış olub - ölən və yaralananlar var

Suriyanın şərqində dəhşətli partlayış baş verib. Müdafiə Nazirliyinə məxsus avtobus bomba ilə hədəfə alınıb. SİA xəbər verir ki, hadisə Deyr əz-Zorla Mayadin şəhərlərini birləşdirən yolda baş verib. Dövlət televiziyası itkilərin olduğunu təsdiqləyib, lakin dəqiq say açıqlanmayıb.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu isə hücum nəticəsində 3 əsgərin öldüyünü, 9 nəfərin yaralandığını bildirib.

Hadisənin təfərrüatı açıqlanmasa da, hücuma görə məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib. Lakin 2019-cu ildə məğlub olan İŞİD terror təşkilatının bölgədə gizli hücrələrinin hələ də fəaliyyət göstərdiyi qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə