Hindistan Rusiyadan neft almağı dayandırmağa hazırdır…

Baş nazir Modi ABŞ prezidenti Trampa söz verib…

...Çərşənbə günü, oktyabrın 15-də ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin Rusiya neftinin alınmasını dayandıracağına söz verdiyini açıqlayıb. Tramp bunun “qısa müddətdə” baş verəcəyini bildirib.

...Hindistanın Rusiya neftini almasından narazı idim və Modi bu gün məni Rusiyadan neft almayacaqlarına inandırdı...

SİA-nın məlumatına görə, ABŞ prezidenti bunu Ağ Evdə jurnalistlərə deyib.

Tramp bu vədi “böyük addım” adlandırıb. "İndi biz Çini də eyni şeyi etməyə məcbur etmək istəyirik", - Reuters onun sözlərindən sitat gətirib.

2025-ci ilin aprelində Rusiyadan Hindistana neft tədarükünün gündə 2,15 milyon barrelə yüksəldiyi təxmin edilir ki, bu da 2023-cü ilin may ayından bəri ən yüksək səviyyədir.

Reuters o zaman qeyd edirdi ki, Rusiya üçüncü il ardıcıl olaraq Hindistanın əsas neft tədarükçüsü olaraq qalır və idxalın 36 faizini təşkil edir.

“Deutsche Welle” xəbər verir ki, Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Rusiya neftinin qiymətləri Hindistan neftayırma şirkətləri üçün cəlbedici olub.

İyulun 14-də Tramp Ukraynada 50 gün ərzində (sentyabrın 2-dək) ​​sülh razılaşması əldə olunmasa, Rusiyanın ticarət tərəfdaşlarına 100 faiz ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib.

İyulun 29-da Amerika prezidenti bu müddəti 10 günə qədər qısaldıb və ertəsi gün Rusiya ilə ticarət də daxil olmaqla Hindistana 25 faiz tariflər tətbiq edib.

...Hindistan Çinlə birlikdə Rusiyadan ən böyük enerji alıcısıdır, halbuki hamı Rusiyanın Ukraynada qətliamını dayandırmasını istəyir, - Tramp izah edib.

İyulun 31-də Hindistanın dörd dövlət neft emalı zavodunun Rusiyadan neft alışını dayandırdığı xəbəri yayılıb.

Reuters xəbər verir ki, bir həftə ərzində əvvəllər müntəzəm olaraq Rusiya neftini alan Indian Oil, Hindustan Petroleum, Bharat Petroleum və Mangalore Rafinery Petrochemical şirkətləri nefti almaqda maraqlı olmayıblar.

Bununla belə, bir gün əvvəl Hindistan mediası hökumət mənbələrinə istinadən bildirir ki, Hindistanın neft emalı zavodları, o cümlədən dövlətə məxsus BOK, BPCL və HPCL Rusiya neftini almağa davam edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə