Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper vətəndaşlıqdan çıxarılan şəhər meri Gennadi Truxanovun ofisindəki hər şeyi almasından şikayətlənib.
SİA xəbər verir ki, onun sözlərini TSN yayıb.
Məmurun sözlərinə görə, Truxanov hətta Odessa meriyasının binasından divan və xalçaları yığışdırıb və Kiperi şəhər hərbi idarəsinin yeni rəhbəri Serhiy Lısakın təyinatında iştirak edən jurnalistlərdən kabinetə tələsməməyi xahiş edib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən vətəndaşlığından məhrum edilən Gennadiy Truxanov, Şəhər Şurası onun səlahiyyətlərinə xitam verənə qədər istefa verməkdən imtina edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə