Tramp “Ukraynada qələbə fondu” yaratmaq istəyir...

Çindəki rüsumlara görə...

...SİA-nın məlumatına görə, oktyabrın 15-də The Telegraph yazıb ki, ABŞ prezidenti Donald Tramp Çindən idxala yeni tariflər hesabına maliyyələşəcək “Ukrayna qələbə fondu” yaratmaq təşəbbüsü hazırlayır.

Plana görə, Avropalı müttəfiqlərin təşəbbüsü dəstəklədiyi təqdirdə bu fondun vəsaiti Ukrayna ordusu üçün silahların, konkret olaraq uzaqmənzilli “Tomaqavk” raketlərinin alınmasına yönəldiləcək.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, bu ideya artıq Ukrayna prezidenti Vladimir Zelenskinin oktyabrın 17-də Vaşinqtona səfəri ərəfəsində avropalı həmkarlarına təqdim edilib.

Plan Çin mallarına 500 faiz rüsum tətbiq etməyi nəzərdə tutur və vəsait Kiyevin hərbi potensialının gücləndirilməsinə sərf olunacaq.

Bunu nəşr qeyd edir.

...“The Telegraph”ın mənbələri əlavə edir ki, Rusiyadan neft alması ilə bağlı Çinə qarşı əvvəlki sanksiyalar təklifləri Pekini düşmən hesab etmək istəməyən Avropa ölkələri tərəfindən rədd edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə