XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən SİA-ya bildirilib ki, M.Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı dərin təəssüf hisslərini bölüşüb.

Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

C.Bayramov M.Çavuşöğluya başsağlığına görə təşəkkür edib, qardaş Türkiyənin hər zaman Azərbaycanın kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Azərbaycanın XİN başçısı öz növbəsində, İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı kədərləndiyimizi həmkarının diqqətinə çatdırıb, təbii fəlakət qurbanlarının yaxınlarına səbr arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə