Soçi görüşü kimin-kim olduğunu göstərdi! KÖŞƏ YAZISI

Əslində, Soçidəki görüş üçtərəfli deyildi, dolayısı ilə İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan ikitərəfli görüş idi. Sadəcə, bu görüşü təşkil edən, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərindəki gərginliyə son qoyulması üçün təşəbbüskarlıq nümayiş etdirən Rusiya prezidenti Vladimir Putin idi. Ancaq sözügedən məsələyə daha dərindən varsaq, həm də belə nəticə hasil edə bilərik ki, əslində, elə əvvəlki görüşlər də ikitərəfli olub. Sadəcə, Ermənistanın daha əvvəlki cinayətkar liderləri ağalarının arxalarında gizlənən və oradan hürən köpəklər qismində çıxış edirdilər. Fəqət, onlardan fərqli olaraq Paşinyan alçaldılmış fərd qismində və tam şəkildə siyasi, eləcə də revanşistlər tərəfindən fiziki məhv edilməməsi üçün Soçidə deyilən bütün buyruqlara əməl etmək, boyun əymək məcburiyyətinə qaldı.

Açığı, regionun geosiyasi reallığı 30 il boyunca davam edən stereotipləri kökündən məhv etdi - Azərbaycanın iqtisadi cəhətdən sürətlə güclənməsi, qüdrətli ordu yaratması və bütün bunların fonunda məğlubedilməz liderə malik olması, həmçinin, Rusiyanın Qarabağ münaqişəsindəki mövqeyini dəyişməsinə səbəb oldu. Moskva Bakı ilə münasibətlərinin soyumasını deyil, daha strateji yaxınlığı önəmli saydı, çünki anladı ki, İrəvan bundan sonra da bütün mənalarda onun nökəri olaraq qalacaq – “otur” desə oturacaq, “uzan” desə uzanacaq, “sürün” desə sürünəcək. Bu baxımdan, hətta hakimiyyətdə Sarqsyan, ya da Koçaryan rejimləri olsa idi, yenə də eyni hal yaşanacaqdı – Paşinyanın bəhs etdiyimiz məlum aqibəti...

Hə, onu da deyək ki, bu gün erməni siyasi-ictimai rəyinin iddia etdikləri kimi, Rusiya onları heç də satmayıb və xəyanət etməyib. Əksinə, Rusiya 30 il ərzində onlara “dam ötrüyü” rolunu oynayıb, üstəlik, bundan sonrakı illərdə də eyni “örtük” rolu oynanılacaq. Ona görə də regiondakı dəyişiklərin əsas xidməti Azərbaycana məxsusdur. Azərbaycan onunla razılaşmayanları son anda məhz özü ilə hesablaşmağa məcbur etdi!

Halbuki, birinci Qarabağ müharibəsində məğlubiyyət yaşamışdı. Və Azərbaycan özünü hazırda “uduzmayan” kimi göstərməyə çalışan, lakin quyruq bulayan erməni siyasi-ictimai rəyindən fərqli olaraq birinci müharibədə əsas səbəbləri bəlli olmaqla (!) məğlub olduğunu etiraf edirdi. Azərbaycan reallığı da mərdanə şəkildə qəbul edirdi, ancaq hər şeyə rəğmən özünü ələ alaraq ayağa qalxdı, gücləndi, qüdrətli ordu yaratdı, diplomatik üstünlük qazandı – nəticədə çoxlarının barmaqrarası baxdığı, qələbəyə inanmadığı tarixi zəfərini əldə etdi - heç kimin xrom, ya da girz çəkmələrinə dəsmal çəkmədən!

Azərbaycan 30 il əvvəl dağıdılmış vəziyyətdə idi, düşmənlərinin mühasirəsində idi. Həmin vaxt yanız Ermənistanın deyil, Rusiyanın da, İranın da, Qərbin də Azərbayana münasibətləri, sözsün əsl mənasında, qeyri-səmimilik mövqeyində qurulmuşdu. Üstəgəl, onların hər biri əzəli torpaqlarımızdan qoparmağa cəhdlər edirdilər, amma edə bilmədilər. Bu qədər ağrı-acı, çətinlik, məşəqqətlər içində olsaq da, Azərbacanı parçalaya bilmədilər. İllər ötdü və Azərbaycan onunla hesablaşmağı, ona hörmət etməyi öyrənməyi məcbur etdi. Soçi görüşünün də nəticələri bax, yuxarıda qeyd edilən prosesləri keçməklə gəlib-çıxdı. Təngə gəlmiş Putin, soyuqqanlı Əliyev və bir ayağı ayaqyolunda qalaraq üzüqara düşən Paşinyan-Soçi görüşünün nəticələri üzlərdən aydın görünürdü...

Bütün xəbərlər Facebook səhifəmizdə