“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımız çox məhsuldar oldu”.
SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb. Onun sözlərinə görə, Putin ABŞ-ı Yaxın Şərqdə sülhün əldə edilməsinə nail olunması münasibətilə təbrik edib.
“Mən əslində inanıram ki, Yaxın Şərqdəki uğur Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqlarımıza kömək edəcək. Biz, həmçinin Ukrayna ilə müharibə bitəcəyi təqdirdə Rusiya ilə ABŞ arasında ticarət münasibətləri haqqında danışdıq. Zəngin sonunda biz razılaşdıq ki, gələn həftə yüksəksəviyyəli məsləhətçilərimizin görüşü olsun. Birləşmiş Ştatların ilkin görüşlərinə Dövlət katibi Marko Rubio və digər vəzifəli şəxslər rəhbərlik edəcəklər. Görüş yeri müəyyən olunacaq. Bundan sonra Prezident Putinlə mən razılaşdırılmış yerdə, Budapeştdə, Macarıstanda görüşəcəyik”, - deyə Tramp bildirib.
Dövlət başçısı telefon zənginin detallarını sabah Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə edəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə