Şəmkirdə şəhid ailələri ziyarət edilib

YAP Şəmkir rayon təşkilatının rəhbərliyi partiyanın fəalları ilə birlikdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Şəmkir şəhərindən olan Zamanov Mətləb Nizami oğlunun, Qarayev Telman Əli oğlunun, Qədimova Ayxan Fikrət oğlunun və rayonun Ələsgərli kəndindən olan Nəbiyev Zaur Ələddin oğlunun ailələrini ziyarət ediblər. Ziyarət zamanı şəhidlərimizin döyüş yolundan və göstərdikləri qəhrəmanlıqlardan danışılıb. Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşının məhz şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, eyni zamanda, 30 ildən sonra qəhrəman ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğulayıb.

Daha sonra şəhidlərimizin məzarları ziyarət olunaraq, məzarları önünə gül-çiçək dəstələri düzülüb və ruhlarına dualar oxunub. Şəhid ailələri diqqət və qayğıya görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...