Qarakənd faciəsi: "Erməni terrorunun növbəti izi" - EKSPERT RƏYİ

Qarakənd faciəsi: "Erməni terrorunun növbəti izi" - EKSPERT RƏYİ

“Düz 30 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində içərisində görkəmli Azərbaycan ziyalılarının və dövlət xadimlərinin yer aldığı hərbi vertolyot partladıldı. Maraqlı burasında idi ki, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertolyotlar mühafizə məqsədilə müşayiət etməliydilər, amma etmədilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, istintaq materiallarına görə, vertolyotun içərisində yanğın baş verməzdən əvvəl atışma olub: “Bu da bir daha faciənin əvvəldən planlaşdırılan məkrli bir qəsd olduğunu təsdiqləyir. Faciənin terror aktı olduğunu göstərən digər məqam qara qutunun açılmasının qadağan edilməsi idi. Üstəlik Rusiyadan olan generallar faciə qurbanlarının siyahısında yer almayıblar. Faciə qurbanlarına gəlincə, 20 noyabrda həlak olanlar sırasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatında şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, QMB-nin prokuroru İqor Plaviski, QMB-nin Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-nin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, video-operator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, vertolyot heyətinin üzvləri Gennadi Domov və Dmitri Yarovenko var idi”.

Z.Qarayeva vurğulayıb ki, 30 il keçməsinə baxmayaraq faciə ilə bağlı hələ də müəmmalar var: “Lakin tək gerçək ermənilərin iyrənc, terrorçu xislətidir. Bu terror 21-ci əsrin 21-ci ilinədək istər mülki insanlarımıza, istər ordumuza, istər təbiətimizə, istərsə də maddi mədəniyyət nümunələrimizə qarşı göstərilib. Bütün bu faciələrin qisası mənəvi olaraq alınsa da, beynəlxalq hüquqa əsaslanaraq maddi təzminat məsələsi də gündəmə gətirilməli, düşmən hər mənada layiqli cavabını almalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə