Ağcabədidə" Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır" adlı videokonfrans keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə "Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır" mövzusunda videokonfrans keçirilib. Konfransı Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açıb. İlk olaraq, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Rövşən Əhmədov geniş məruzə ilə çıxış edərək bildirib ki, xalqa və vətənə, dövlətçiliyə xidmət edən YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana töhfələrini verib. YAP-ın qələbələrinin kökündə Ümummilli Lider Heydər Əliyevin ideyaları, Onun tərəfindən müəyyənləşdirilmiş strateji xətt və inkişaf strategiyası dayanır. YAP iqtidarda olduğu müddətdə, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib və ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib.
Konfransda ADPU ərazi ilk partiya təşkilatının sədri Anar Kərimli, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva, Qaradolaq kənd ərazi ilk partiya təşkilatının sədri Ruslan Quliyev, Hacıbədəlli kənd musiqi məktəbinin direktoru Məhbubə Bəşirova, Qaravəlli kənd ərazi ilk partiya təşkilatının sədrinin müavini, GB-nin üzvü Hüseyn Fərzəliyev çıxış edərək, öz mülahizələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü münasibətilə Ağcabədidə keçirilən silsilə tədbirlərin davamı olaraq, Ağcabədi-Beyləqan, Ağcabədi-Zərdab magistral yollarının kənarında ağacəkmə kampaniyası keçirilib. Bu kampaniya çərçivəsində, həmçinin Ağcabədi şəhərindən "Laçın obaları" adlanan əraziyədək uzanan "Zəfər prospekti"ndə 44 günlük Vətən müharibəsinin rəmzi olaraq 44 ədəd Eldar şamı əkilərək, suvarılıb.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB