Şəmkirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub FOTOLAR

Şəmkirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub FOTOLAR

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü münasibətilə YAP Şəmkir rayon təşkilatı ağacəkmə aksiyası keçirib. Tədbirdə YAP Şəmkir rayon təşkilatının rəhbərliyi, rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və təşkilatın fəalları iştirak edib.Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucladılmış abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzüblər.

Sonra ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra rayonda təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən şəhər ərazisində yerləşən Şəhidlər xiyabanında həmişəyaşıl, Eldar şamı, gül kolu əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib.

Təşkilatın fəalları əkilən ağacları suvarıblar.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə