“Əsas günahların bir hissəsi Rusiya sülhməramlılarının üzərinə düşür" - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
Onun sözlərinə görə, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb: "Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar dayandırılıb. Amma birgə bəyanatın imzalanmasından sonra keçən müddət ərzində Ermənistan artıq dəfələrlə birgə bəyanatın şərtlərini o cümlədən atəşkəsi pozub. Bu fəaliyyətlərin həyata keçirilməsində əsas günahların da bir hissəsi məhz Rusiya sülhməramlılarının üzərinə düşür. Hesab edirəm ki, Azərbaycan güc strukturları artıq bəyanat verməkdən real fəaliyyətlərə keçməlidirlər. Başqa sözlə desək bu fəaliyyətlərin baş verdikdən sonra bəyanat səsləndirməklə deyil, bu fəaliyyətləri əvvəlcədən önləmək üçün tədbirlər görülməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB