Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb
Azərbaycanın Zəfər Günü münasibətilə Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb
Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağın rəngləri ilə işıqlandırılıb.
Eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan, Zəfər Günün mübarək sözləri” əks olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB