“10 Noyabr tarixində Ermənistan rəsmən özünü işğalçı elan etdi” -MÜNASİBƏT
“10 noyabr bəyanatında erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması açıq şəkildə qeyd olunur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, 10 noyabr bəyanatı işğalçı Ermənistanın özünü işğalçı elan etməsi deməkdir: “Ermənistan kapitulyasiya aktını imzalayaraq nəinki 30 illik işğala son qoydu, rəsm İrəvan eyni zamanda həm də illərdir yürütdükləri siyasi kursun əsil məqsədini ifşa etmiş oldu. Kapitulyasiya aktının Ermənistan tərəfindən imzalanması, illərdir erməni işğalına göz yuman, ikili standartlara xidmət edən beynəlxalq təşkilatların da əsil siyasi ambisiyalarını da ifşa etmiş oldu. Ona görə də, Cənab İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusu Ermənistanı dalana dirəməyə müvəffəq oldu. Ermənistan öz yalanları ilə boğuldu. Məhv oldu. Azərbaycan bu gün ermənilər tərəfindən xarabalığa çevrilən əraziləri bərpa edir, yenidən qurur. Bunu dünya ictimaiyyəti görməlidir. Bu gün qeyd etməliyik ki, Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət , ümumiyyətlə atılan hər addım birmənalı olaraq, rəsmi İrəvanın imzaladığı kapitulyasiya aktını hər an Ermənistana, Erməni xalqına və Məkirli Erməni siyasətinə dəstək verənlərə xatırladır. Bu isə o deməkdir ki, Azərbaycan bir dəfə Zəfər çalsa da, Ermənistan hər gün məğlub olur. Bu məğlubiyyət isə bizlər üçün silsilə zəfərlər deməkdir!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB