“Pandemiya ilə mübarizə hər birimizin birinci dərəcəli sosial məsuliyyətidir” - PARTİYA SƏDRİNİN MÜNASİBƏTİ
“Bu gün pandemiya ilə mübarizə hər birimizin birinci dərəcəli sosial msuliyyətidir” Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, vətəndaşlar birmənalı olaraq vaksinasiya prosesində aktiv iştirak etməlidirlər:
“Xalq bilməlidir ki, dövlət birmənalı olaraq onların təhlükısizliyi üçün əlindən gələni edir. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı pandemiya ilə mübarizənin tək yolunun peyvənd olumaq gərəkdiyini bilməlidir. Bu gün dövlətimiz vətəndaşlara vaksiyaniya prosesində 4 növ vaksin seçmə haqqı verir. Statistik məlumatlara görə, ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib.
Tibbi baxımdan immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Son zamanlar bir çox hamilə qadınların Covid-19-a qarşı peyvənd olunmadıqları üçün həm bətnlərindəki körpəni, həm də öz həyatlarını itirirlər. Bu çox məyusedicidir. Bu gün qeyd edilən “Buster” peyvəndin gücləndirici dozasıdır. Buster dozasının əhəmiyyəti dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Bütün bunları nəzərə almaq vacibdir. Hər kəs bilməlidir ki, bütün dünyada mütəxəssislər pandemiya ilə mübarizə aparır. Buna görə də, əhali həmin mübarizədə aktiv iştirak etməlidir. Bunun isə tək yolu vaksinasiyadır!”, deyə Əsli Kazımova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB