Qələbə zəfərinin 30 ilə bərabər 30 günü

Prezident İlham Əliyev: “25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək”

2020-ci il 26 oktyabr Vətən müharibəsinin bir ili, müharibənin başlanmasının 30-cu günüdür. Bu 30 gündə qazanılan qələbə 30 ilə uğura bərabərdir. Müharibənin 30-cu günü xalqa müraciət edən Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev bu 30 gündə 30 il əvvəl itirdiyimiz torpaqların bir hissəsini (təxminən 1/5) cəmi bir ay ərzində geri qaytarmışıq. 30 günlük müharibə zamanı Ali Baş Komandanımız, ölkə Prezidentimiz İlham Əliyevin diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgərdərimizin şücaəti nəticəsində mənfur düşmən tapdağından 4 şəhərimiz - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və qəsəbələri, 150-dən artıq kəndi, əhəmiyyətli strateji mövqeləri işğaldan azad edildi.

Xalqa müraciətində Azərbaycan Prezidenti müharibənin 30-cu gününədək düşmənin məhv edilən texnikalarının sayını da açıqladı: «Bu müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin dəyəri 2 mlrd-dan çox olan texnikası, 3 mindən çox calı qüvvəsi, 252 tankı məhv edilib, 53 tank hərbi qənimət kimi götürülüb. 50 ədəd piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. 251 ədəd müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 82 «Qrad» qurğusu, 2 «Uraqan», 1 TOS, 4 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, 2 «S-125» zenit-raket, 6 «S-300» zenit-raket kompleksi, 1 aşkaretmə stansiyası, bir lokatr, 2 «Elbrus» əməliyyat-taktiki raket kompleksi, 1 «Toçka-U» raketi, 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb”.

“Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun”

Azərbaycan Prezidenti müharibənin 30-cu günündə Qubadlının azad olunması ilə bağlı xalqa müraciətində bildirdi ki, bütün bu haqsızlıqlara rəğmən, artıq bir aydır ki, döyüş meydanında bizim tarixi ədaləti bərpa etdiyimizi və indi hər kəsin yeni reallıqla hesablaşması zərurətini vurğuladı. Hərbi əməliyyatların dayandırılmasına və yenidən sülh danışıqları masası arxasına əyləşməyə çağıranlara isə konkret cavab verdi: “Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun”. Bu gün həmin tarixi gündən bir il ötür. Bu tarixi gündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Azərbaycan Prezidenti Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib ki, bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür: “Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etdi və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək”.

Bu münasibətlə bütün qubadlılıları və Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı Qubadlının azad olunmasının müharibənin gedişindəki önəmindən danışıb.

“Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq”

Azərbaycan Prezidenti görüşü zamanı bildirib ki, Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik və beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz.

Dövlətimizin başçısı qeyd edib ki, Qubadlıdan sonra biz öz zəfər yürüşümüzü, zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.

“Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq»,-deyən dövlət başçısı bildirib ki, Azərbaycan xalqının indiki və gələcək nəsillərinin şəhidlərimizlə həmişə fəxr edəcəyini vurğulayan dövlətimizin başçısı Vətən müharibəsində şəhid olmuş Qubadlı sakini, Milli Qəhrəman Şükür Həmidovu bütün hərbçilərimiz, gənc nəsil üçün nümunə adlandırıb.

Bəli, bu, xalq-ordu birliyi, orduya olan inamın uğurlu göstəricisidir. Bu gün də Azərbaycan Ordusu hərb meydanında öz sözünü deyir və nəinki müharibənin 30 günündə, bir sözlə, 44 gün ərzində və bu gün də dünya müharibə tarixində nadir hallarda görünən uğura imza atdı və atır! Relyef baxımından bütün çətinliklərə baxmayaraq ordumuz nəinki 30 gündə, həm də işğalçı Ermənistan və onun havadarlarının istəklərini müharibənin başlanmasının ilk günündən puç etdi, iti qovan kimi düşməni torpaqlarımızdan qovdu, düşmənin yaratdığı müdafiə xətləri dağıdıldı. Ermənistan ordusu əsgərlərimizin qarşısında diz çökdü. Artıq dünya əvvəlki deyil. Dünya ölkələri Azərbaycanın haqq savaşı apardığını bilir. Bu, həm də ölkə Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi, Güclü Ordumuzun gücü, mübariz, igid əsgərlərimizin rəşadətidir.

Bu nailiyyət və qələbələr həm də Xalq-Ordu Birliyinin, orduya olan inamın qələbəsidir. Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir! Və Ordumuzun uğurları hər bir azərbaycanlında sevinc və sonsuz qürur hissi yaşadır. Dövlət başçımızın dediyi kimi, Qarabağ bizim doğma dədə-baba torpağımızdır, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir. Qubadlı əməliyyatı da 30 gündə 30 illik həsrətə son qoyulan 44 günlük Vətən müharibəsinin şanlı səhifəsini təşkil edir. Və Ermənistan anlamalıdır ki, bu gün Azərbaycanın “Dəmir yumruğ”u yerindədir. Artıq işğal olunmuş torpaqlarımızda bərpa işləri aparılmaqla yanaşı, həm də hər bir rayonun Baş planının hazırlanması ilə bağlı Azərbaycan Prezidenti Sərəncam imzalayır.

Oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması deyilənlərini real göstəricisidir. Sərəncama əsasən, Qubadlı şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.

Bəli, bu gün 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımız quruculuq meydanına çevrilib.

Dövlət başçımızın dediyi kimi: «Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik». Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!!!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə