Qarabağ Azərbaycandıra Şahidlik edən Şəhidlər ŞƏRH

Azərbaycan Prezidentinin Sərəncamı ilə 27 sentyabrın Anım Günü kimi qeyd olunması şəhidlərimizə ən ali ehtiramın göstəricisidir. Dünyada sözü ilə səs salan Qalib Liderimizin 30 illik torpaq həsrətinə, ərazi bütövlüyümüzün, haqqın, ədalətin bərpasına 44 gün ərzində «dəmir yumruq» siyasəti ilə qalib gələn yenilməz Sərkərdəmiz İlham Əliyevin mahir diplomatik bacarığı, ali rəhbər keyfiyyətləri, güclü sərkərdəlik məharəti sayəsində - Qarabağ Azərbaycandır!- böyük qəhrəmanlıqla azad edildi. Qürurumuz olan qəhrəman əsgər və zabitlərimiz torpaq, Vətən yolunda canlarından keçərək Şəhidlik zirvəsinə uculdılar. Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalaması şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir. Hələ müharibənin gedişi zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ata-ana qayğısı ilə hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. “Mən hər zaman qazilərin yanında olacağam”, - deyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi.

Çünki hər biri bir Azərbaycandır, ŞƏHİDLƏR. Deyirlər, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Bəli, bu 44 gün ərzində igid oğullarımız Vətən yolunda canını sipər etdi, qanları ilə bu torpağı suladı, qorudu ki, Vətən torpağında qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin, göyərsin... Şəhid qanı axmayan torpaqdan Vətən olmaz,- dedilər Şəhidlərimiz. Onu da dedilər ki, bu gün biz Şəhid olmuruq, işğal olunan torpaqlarımızın azad olunmasında Şahidlik edirik. Azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan Bayraqlarımızın qaldırılmasına Şahid oluruq! Çünki bu gün bu əsgərlərimiz üçün cəbhə bir ananın oğullarının, bir bacının qardaşlarının bir olduqları döyüş meydanıdır. Şəhid olan əsgərlərimiz, yurdsevər ərənlərimiz, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən cəngavərlərimiz hər kəsə nəsib olmayan Tanrının, haqqın dərgahındasınız! Düşməndən qisas almağa can atan, qeyrətli, təəssübkeş, Vətənin ən layiqli oğullarısınız! “Vətən üçün ölməyə dəyər!” – deyən əsgərlərimiz düşmən qarşısında diz çökməyən, diz çökdürən ərənlərimizsiniz.

Prezident İlham Əliyev: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir”

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində söyləyib ki, bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir və “Dəmir yumruq” yerindədir: «Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik: “O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Dövlət başçısı Anım Günü ilə əlaqədar xalqa müraciətində onu söyləyib ki, bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın: «44 gündən sonra - artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!”.

Bəli, qeyrətli igidlər, Vətənin dar günündə düşmən qarşısına - önə çıxdınız, sinənizi sipər edib ömrünüzü bu millətin ömrünə caladınız. Doğulduğunuz torpaqdan yüzlərlə kilometr uzaqda "Öncə Vətəndir", – deyib canından keçən igid oğullarımız, sizin igidliyinizin nəticəsidir ki, bu gün bütün evlər, eyvanlar, yollar üçrəngli Bayrağımızla bəzənib. O Bayraq ki, sizin kimi oğulların sayəsində ucalır, dalğalanır. O bayraqlar ki, sizin şücaətinizin sayəsində Cəbrayıla, Qubadlıya, Füzuliyə, Zəngilana, Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına – Qarabağ Azərbaycandır!a yol aldı. Və özünüz də Qarabağ Azərbaycandır! uğruna canınızı qurban verdiyiniz üçrəngli bayrağa bükülüb qəhrəman kimi qayıdırsınız elimizə, evinizə, yurdumuza, uğrunda can verdiyiniz Vətən torpağına. Bax, budur Şahidlik edən oğullarımızın Şəhidliyi!. Bax, budur qeyrət, hünər! Siz Azərbaycanın rəşadətli, igid əsgərlərisiniz! Siz xilaskar əsgərlərimizin qanı ilə yoğrulan torpaqlarımızın xilaskarlarısınız. Çünki Qarabağ Azərbaycandır!

Və Azərbaycan Prezidentinin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalaması şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir.Və bu gün hər kəs Vətəni yolunda şəhid və qazi olanların valideynləri qarşısında baş əyir, fəxr edirik. Fəxr edirik ki, şərəflə qorudunuz Vətəni!, Şərəflə qorudunuz Vətənin qeyrətini, torpağı Vətən etdiniz, Vətəni bütöv etdiniz. Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir. Çünki bu torpaqlar Şəhidlik qanı ilə yoğrulan- Qarabağ Azərbaycandır!

ZƏRİFƏ QULİYEVA,

YAP üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə