C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir keçirilib - FOTO

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları müxtəlif mövzularda mühazirələr oxuyublar.

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...