Qarabağ zəfərindən sonra bu torpaqlara sülh və əmin-amanlıq gələcək - Şərəf Malkoç

“Bu gün Bakının azadlığa qovuşduğu gündür”.
SİA-nın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.
“103-il bundan öncə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu bu torpaqlara gələrək Azərbaycanın igid və vətənpərvər övladları ilə birlikdə Bakını işğaldan azad ediblər. Burada şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyirəm. Ümid edirəm ki, Qarabağ zəfərindən sonra da bu torpaqlara sülh və əmin-amanlıq gələcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə