"Jirinovski onun-bunun əlində oyuncağa çevrilən alçaq bir tipdir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski dünyadakı ən nadir səfehlərdən və axmaqlardan biridir. Yəni bu adam mahiyyəti olmayan bir insandır. Onu sosioloji varlıqdan daha çox bioloji bir varlıq kimi qiymətləndirmək lazımdır. Bu adam onun-bunun əlində oyuncağa çevirilmiş alçaq bir tipdir”. Bunları SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Azərbaycanla bağlı Jirinovskinin sərsəm bəyənatlarına politoloq fikirlərini belə izah edib: “Bu adam xüsusilə türk və müsəlman dünyasına qarşı xroniki dözülməzliyi olan şəxsdir. Bu nöqteyi-nəzərdən onun axırıncı dəfə Azərbaycan və siyasi rəhbərliyi haqqında dediklərini, nəinki siyasi etika və ədəb qaydalarına, ümumiyyətlə, bəşər dəyərlərinə sayğısı olmayan bir sərsəmin sayıqlamaları kimi qəbul etmək olar”.

Q.Hüseynov deyib ki, Jirinovskinin fikirləri və təmsil etdiyi partiya tərs mütənasibdir. Bu yaramaz insan artıq neçənci dəfədir ki, Azərbaycan və onun xalqı haqqında təhqiramiz fikirlər söyləyir. Özü də mənsub olduğu partiyanın adı Liberal Demokratiya adlanır. Bunun isə nə liberal, nə də demokratik dəyərlərlə əlaqəsi yoxdur. Bu, başdan ayağa provakatorluqla məşğul olmaq, insanları bir-birinə qarşı vuruşdurmaq üçün yaradılmış bir məxluqdur. Bu işlərlə pul qazanır. Onun-bunun əleyhinə danışa-danışa deputat mandatı qazanır, pul qazanır. İştirak etdiyi partiyanın dəyərlərinə də hörməti yoxdur. Liberal dəyərlər dünyada ən inkişaf etmiş dəyərlərdəndir. Amma onun bu dəyərlərə qətiyyən sədaqəti yoxdur. Heç onun partiyasında bu dəyərlərin daşıyıcısı olan insanlar da yoxdur”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...