Çavuşoğlu: "Azərbaycan sağ olsun"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu meşə yanğınları ilə mübarizə məqsədilə helikopter göndərdiyi üçün Azərbaycana təşəkkür edib. SİA-nın məlumatına görə, M.Çavuşoğlu bunu Türkiyə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, yanğınlar başladıqdan sonra bir çox ölkələr, eləcə də Avropa ölkələri Türkiyəyə yardım təklif edib: "Bizə qonşu ölkələr, dost və qardaş ölkələr, Avropa ölkələri müraciət edib. Biz də onlardan bizim üçün nə edə bilərsiniz deyə soruşduq. Bizim ən çox ehtiyacımız olan təyyarə və su daşıya bilən ağırtonnajlı helikopterlərdir. Azərbaycan sağ olsun, həm şəxsi heyət, həm də bəzi avadanlıqlar göndərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə