Əli Kərimlinin AXCP-si yenidən çalxalandı: istefalar start götürür ANALİTİK+MÜXALİFƏT

Və ya radikal müxalifət partiyasının sədri belə məlumatları nə qədər gizlin saxlamağa çalışsa da...

Zaman-zaman Əli Kərimlinin sədri olduğu AXCP-dən istefaların verilməsi, əslində, təəccüblü hal deyil.Yəni daha dəqiq desək, bu günə qədər istefa verənlərin son sözləri bilavasitə Əli Kərimlini ittiham etmələri ilə əlaqədar olub. Bu dəfə də eyni hal yaşanıb. Özü də, vaxtilə sosial şəbəkələrdə cəbhəçi sədri ən qızğın müdafiə edən biri tərəfindən. O, partiya sədrinə xüsusi yaxınlığı ilə seçilən aktivist Fatimə Hüseynovadır. Yeri gəlmişkən, onu da bildirək ki, Əli Kərimli belə məlumatları maksimum gizli saxlamağa çalışır, istefa xəbərlərinin yayılmaması üçün əlindən gələni edir. Fəqət, onun bu cəhdləri də puça çıxır. Gec, ya da tez əsl reallıq ictimai rəyin diqqətinə çatır. O da əbəs deyil ki, bu, baş verən istefalar fonunda ilkin hal deyil. Yəni son zamanlar AXCP-nin daxilində ciddi narazılıq baş qaldırdığı, adları gizli saxlanılan daha bir neçə nəfərin istefa verdiyi barədə məlumatlar kifayət qədərdir.

Əli Kərimli AXCP-nin sədri olaraq mühüm bəyannamələrin heç birinə imzasını atmamaqla açıq-aydın düşmən cinahında yer aldığını istər etiraf, istərsə də sübut etmiş oldu

İndi isə AXCP daxilində mövcud mühitdən narazılığın olması, təşkilatın faktiki olaraq cəmiyyət arasında nüfuzdan düşməsi, funksionerlərin və sıravi üzvlərin Əli Kərimlinin bir sıra qərarları ilə razılaşmaması kimi səbəblərinə birini də əlavə edək. Bu, ilk növbədə, partiya sədri olaraq istər 44 günlük Vətən müharibəsi başlayarkən onun siyasi partiyaların birgə imzaladıqları Ali Baş Komandana dəstək bəyannaməsi, eləcə də qələbədən sonra Şuşada qardaş Türkiyə ilə imzalanan tarixi Şuşa bəyannaməsi ilə bağlıdır. Əli Kərimli AXCP-nin sədri olaraq mühüm bəyannamələrin heç birinə imzasını atmamaqla açıq-aydın düşmən cinahında yer aldığını istər etiraf, istərsə də sübut etmiş oldu. Necə deyərlər, bizə heç düşmən də lazım deyilmiş, düşmən lap içimizdə oturubmuş!

Bu baxımdan, Əli Kərimliyə qarşı irəli sürülən ittihamların əsas mahiyyəti ondan ibarət olub: Türkiyənin qardaş ölkə olması və Vətən müharibəsində Azərbaycana ən böyük dəstəklərini verməsi fonunda AXCP sədri türk düşmənlərinin - erməni daşnaklarının, yunan millətçilərinin, kürd separatçılarının fəaliyyətlərinə bənzər fəaliyyət göstərib, yaxud, bu cinahlara dəstək göstərən bəlli Qərb dairələr qarşısında “quyruq bulayıb”. Söz yox ki, özünə hörmət qoyan, vicdanı olan, dövlət maraqlarına bağlı olan istənilən ağıllı adam bu cür xəyanətkarın yanında ola bilməz.

Əli Kərimli ən fəal cəbhəçi gəncin xəstə anasına belə yardım etməkdən boyun qaçırıb!

Qaldı ki, digər məsələlərə - Fatimə Hüseynovanın AXCP sədrindən imtina etməsinin səbəbi onun müraciətinin havada qalması ilə bağlıdır. Belə ki, bir neçə gün bundan əvvəl Fatimənin anasının xəstəliyi ilə əlaqədar yardım istəməsi barədə sosial şəbəkələrdə məlumat getmişdi. Onun bu məsələ ilə bağlı AXCP sədri Əli Kərimliyə də müraciət etdiyi, lakin heç bir köməklik göstərilmədiyi bildirilir.

AXCP sədri partiyasının fəalları həbs olunarkən, yalnız ilk günlər onların həbsləri ətrafında manipulyasiyalar edir, sonradan isə həbsə düşənlər, sadəcə, unudulurlar

Daha bir amil isə, Ə.Kərimlinin əldə elədiyi maddi gəlirləri partiyadaşları ilə bölüşməməsi, vəsaitləri yalnız özünə və ailəsinə xərcləməsidir. Hətta AXCP sədrinin sosial şəbəkədəki trollarının son vaxtlar passivləşməsi də, belə deməyə zəmin yaradır ki, artıq onlar üçün ayrılmış məbləğlər azalıb, onların vaxtı-vaxtında həftəlik muzdları ödənilmir. Habelə, Kərimli çalışır ki, törətdiyi hər bir qanunsuz əməllərinə görə, həbs olunanların sayı çoxalsın və o da, bu məsələdən öz siyasi və şəxsi maraqları üçün istifadə edib, daha çox gəlirlər əldə etsin. Hansı ki, biz dəfələrlə, onu da qeyd etmişik ki, AXCP sədri partiyasının fəalları həbs olunarkən, yalnız ilk günlər onların həbsləri ətrafında manipulyasiyalar edir, sonradan isə həbsə düşənlər, sadəcə, unudulurlar. Bunu ona xatırladanlar isə, dərhal "satqın" və "xəyanətkar" adlandırılaraq, AXCP sıralarından çıxarılırlar. Beləliklə, cidanı çuvalda gizlədə bilməyən Ə.Kərimli, son anda daxildə baş verən qarşıdurma və savaşları ictimai rəydən gizlədə bilmir. Necə deyərlər, fakt hər zaman fakt olaraq qalır və istefa faktları da bu sırada öz yerini tutub.

Rövşən RƏSULOV

P.S. Lakin digər tərəfdən, Fatimə Hüseynovanın istefasının bu məsələ ilə əlaqələndirilməsi ilə yanaşı, digər məsələlər də mövcuddur. Yəni anti-Azərbaycan siyasəti ilə yanaşı, anti-Türkiyə siyasətini da gücləndirmək. Hadisələrin bu cür davam etməsi isə AXCP-də narazılığın daha da artacağını və yeni istefalar dalğasının yaranacağını kifayət qədər proqnozlaşdırmağa zəmin yaradır. Hər halda, onsuz da illər boyu məhz Əli Kərimlinin hərisliyi, iddiaları və düşmənçiliyi, xəyanəti ucbatından çoxsaylı yerlərə parçalanan AXCP bir daha parçalanmaq, məhv olmaq dərəcəsinə çatıb. Yəni bu kimi istefaların qarşısı bundan sonra da alınmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə