Azərbaycan Ordusuna məxsus məxsus avtomobilin atəşə tutulması barədə məlumat yalandır" - MN

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə