Polisi döyən deputatın toxunulmazlığına xitam verilməsi barədə - RƏY QƏBUL EDİLDİ

Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb. SİA xəbərinə görə, toplantıda komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Məsələ parlamentin sabah – avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...