“Baş verən faciələr cəzasızlıq mühitinin nəticəsidir” MƏRKƏZ SƏDRİNİN ŞƏRHİ

“Baş verən faciələr cəzasızlıq mühitinin nəticəsidir” MƏRKƏZ SƏDRİNİN ŞƏRHİ

“Təəssüf ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi saysız-hesabsız cinayətlər bu günə kimi hüquqi qiymətini almayıb. Özlərini demokratiyanın beşiyi sayan böyük dövlətlər, insan hüquq və azadlıqlarının müdafiəçisi rolunda çıxış etməyə iddialı olan böyük dövlətlər ikili standartlardan çıxış edərək düşmən ölkənin cinayətlərinə göz yumublar. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində on minlərlə insan dünyasını dəyişib, 1 milyon insan yurd-yuvasından didərgin düşüb. Buna rəğmən düşmən ölkə təxminən 30 il təcavüzkar siyasətini davam etdirə bilib.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Mərkəzin sədri vurğulayıb ki, bu gün mina partlaması nəticəsində baş verən faciələr həmin cəzasızlıq mühitinin nəticəsidir.

“Ermənistan minalanmış ərazilərin xəritəsini müharibədən dərhal sonra verməliydi. Mina xəritələrinin alver predmetinə çevirməsi Ermənistanın insan hüquq və azadlıqlarına, ümumbəşər dəyərlərə tüpürdüyünü göstərir. Hesab edirəm ki, hər bir faktla bağlı cinayət işi açılmalı, həmin minaların basdırlmasında iştirak etmiş adamlardan tutmuş bu işə göstəriş verən şəxlərə kimi hamının qanun qarşısında cavab verməsi təmin edilməlidir. Biz müharibənin yaralarını sarımaqla məşğuluq. İnsanlar məsuliyyətli olmalı, Vətənimizin sinəsində yeni yaraların açılmasına şərait yaratmamalıdır. İşğaldan azad olunmuş ərzailərə qanunsuz gediş-gelişin qarşısı ən sərt formada alınmalıdır. Hüquq mühafizə orqanları ayıq-sayıqlığı artırmalıdırlar. İnsanların işğaldan azad olunmuş ərazilərə qanunsuz keçməsinə şərait yaradan hər bir şəxs tutduğu vəzifədən asılı olmayaraq ən sərt formada cəzalandırılmalıdır. Mən özüm Cəbrayıl rayonundanam. Nəslimdə 75-80 yaşlı ağsaqqallar, ağbirçəklər var. Onların çoxunun səhhətində problem var, belə demək mümkündürsə, bu gündən sabaha etibarları yoxdur. Hər gecə doğma Cəbrayılı yuxuda görürlər. Buna baxmayaraq, heç vaxt həmin əraziyə qanunsuz keçməyə cəhd göstərmirlər. Hər bir vətəndaş qayda-qanuna münasibətdə bu cür məsuliyyətli davransa, biz mülki insanların mina qurbanına çevrilməsinin şahidi olmarıq”, deyə Seymur Verdizadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə