"Bu gün peşə bayramını qeyd edən Azərbaycan polisi və Polis orqanları ötən 103 il ərzində şərəfli xidmət yolu keçib və böyük bir təcrübə qazanıb". SİA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E.Hacıyev bildirib ki, Azərbaycan polisi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin dayaqlarından birinə çevrilmişdir: "Bu gün Azərbaycan Polisi və onun sıralarında dayanan hər bir Azərbaycan vətəndaşının məqsədi, işi, fəaliyyəti Azərbaycanda ictimai qaydaların və təhlükəsizliyin, həmçinin cinayətkarlığa qarşı mübarizədə ən müasir texnoloji imkanlardan istifadə etməklə asayişin keşiyində dayanmaqdır. Polislərimiz vətəndaşların hüquq və azadlıqların qorunmasında, onların maraq və mənafelərinin təmin edilməsində üzərinə düşən bütün vəzifələri yüksək peşəkarlıqla icra etməyə çalışır. Əsas qarşıda duran məqsəd vətəndaşların təhlükəsizliyinin təmin olunması, polis-vətəndaş münasibətlərinin daha da mökəmlənməsi, polis-cəmiyyət münasibətlərinin dərinləşməsidir. Gündən–günə yeniləşən, təkmilləşən Azərbaycan polisinin fəaliyyəti bu gün cəmiyyətə məlumdur. Cinayətkarlığa qarşı mübarizədə bu gün aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq və kompleks əməliyyat axtarış tədbirlərinin uğurlu nəticəsidir ki, Azərbaycanda baş verən kütləvi cinayətlərin 80-90 faizinin üstünün açılması təmin edilib. Müasir dövrdə Azərbaycan polisi ölkə rəhbərliyinin təminatı və qayğısı nəticəsində yeni texnolji avadanlıqlarla, cihazlarla, xidməti avtomobilləri ilə və ən müasir tələblər, qaydalar, normalarla təchiz olunub. Bu dövr ərzində Azərbaycan polisinin keçdiyi şərəfli inkişaf yolunun göstəricisidir ki, Azərbaycanda pandemiya şəraitində və Vətən müharibəsi zamanı vətəndaşların təhlükəsizliyinin təmin edilməsidə, ictimai qaydanın və təhlükəsizliyin təminatı işi ən yüksək səviyyədə aparılıb. Qarşımıza qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışmışıq. Bu gün 103 yaşını qeyd edən Azərbaycan Polisi cəmiyyətin ayrı-ayrı üzvlərinin - sosial mənşəyindən, kimliyindən, irqindən, milliyyətindən ,statusundan aslı olmayaraq hər bir vətəndaşın hüquq və azadlığının qorunması işini üzərinə götürmüşdür. Bu qanunla müəyyən olunur. Qanunun həyata keçirilməsində yerinə düşən vəzifələri davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB