“28 May - Respublika Günü tariximizin ən şanlı və parlaq səhifəsi”

Bu mövzuda YAP Gədəbəy rayon təşkilatının təşkilatçılığı ilə onlayn video-konfrans keçirilib

26.05.2021-ci il tarixdə YAP Gədəbəy rayon təşkilatının təşkilatçılığı ilə “28 May - Respublika Günü tariximizin ən şanlı və parlaq səhifəsi”dir mövzusunda onlayn video-konfrans keçirilib.

Tədbiri giriş sözü ilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev açaraq konfrans iştirakçılarını salamladı və geniş məruzə ilə çıxış etdi. Mövzu ətrafında Gədəbəy RİH Başçısının birinci müavini Natiq Nağıyev, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Gədəbəy RİH Başçısı Aparatının şöbə müdiri İlahə Rzayeva,YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət Əliyeva, Gənc fəal YAP-çı İsmayıl Yuniszadə və başqaları çıxış ediblər.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə