"Prezidentə ünvanlanan məktublarda müəyyən dəyərləndirmələr, fikirlər yer alır” - BAŞ REDAKTOR ŞƏRH ETDİ
“Müxtəlif dünya ölkələrindən və böyük iqtisadi biznes strukturlarından Azərbaycan Prezidentinə gələn təbrik məktubları ölkəmizin Cümhuriyyət elan olunduğu 100 ildən artıq müddət ərzində keçdiyi yola və Cümhuriyyətin müstəqilliyinin yenidən bərpa olunduğu dövrdə ölkəmizin əldə etdiyi nailiyyətlərə rəğmən Azərbaycana olan rəğbətin və hörmətin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu məktubların hər birində ölkəmizin müstəqillik dövründə xüsusilə də daxili sabitlik, dövlət quruculuğu, iqtisadi islahatlar Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, habelə ölkəmizin öz enerji daşıyıcılarının dünya bazarının ən qiymətli məhsullarından birinə çevrilmək sahəsində atdığı sistemli, ardıcıl addımlara böyük qiymət verilir və onun xüsusi önəmi qeyd olunur: “Bu məktublarda Azərbaycanın demokratiya siyasi islahatlar çərçivəsində əldə etdiyi nəticələr və bu yolda sona qədər addımlamaq iradəsinə də qiymət verilir və dəyərləndirilir. Azərbaycanın Cümhuriyyət dəyərlərinə sadiq qalması ilə bağlı gələn məktublarda müəyyən dəyərləndirmələr, fikirlər də yer alır”.
Aydın Quliyev həmçinin qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu regionun enerji xəritəsinin dəyişdirilməsi sahəsində atdığı addımların önəmi xüsusi ilə vurğulanır: “Bölgəmizin iqtisadi coğrafiyasının dəyişdirilməsində, nəqliyyat infrastrukturlarının yaradılmasında əldə etdiyi nailiyyətlər dünyanın nəzər diqqətindən qaçmır və bu sahədə cənab Prezident İlham Əliyevin apardığı siyasətə bu məktublarda təbriklərdə bu və digər dərəcədə yer verilir. Bir sözlə dünyanın tanınmış dövlət başçılarının və iqtisadi biznes strukturlarının təbrik məktubları, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Həm Azərbaycanın bugünkü dünyanın iqtisadi maraqlarının və təhlükəszilik mənafelərinin həyata keçirilməsində oynadığı rola dünyanın verdiyi qiymətdir, həm də dünyanın Azərbaycandan bir sıra konkret sahədə gözləntilərinin önəmli olduğuna qiymət verilməsidir. Xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın apardığı siyasət dünyanın ehtiyacı olduğu bu məktublarda açıq-aşkar şəkildə vurğulanır. Dövlətimizin əldə etdiyi nailiyyətləri dəyərləndirmək üçün gələn təbrik məktublarının hamısını sistemli şəkildə öyrənmək və oradan müəyyən nəticələr çıxartmaq kifayətdir”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB