“Azərbaycan xalqı son üç yüz ilin ən möhtəşəm zəfərini qazandı. Hay tayfaları ağalarının dəstəyi ilə ərazilərimizdə məskunlaşaraq tarixi torpaqlarımızda özlərinə dövlət qurmaqla kifayətlənməmiş, zaman-zaman digər ərazilərimizi də zəbt etmişlər”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danılmaz gerçəklikdir ki, ilk dəfə olaraq hayların zəbt etdiyi ərazimizi geri almağa nail olduq: “Bu, təkcə ermənilər üzərində qələbə deyil, həm də onlara dəstək verən dünya gücləri üzərində tarixi zəfərimizdir. Bu zəfərin müəllifi isə xalq, onun müzəffər ordusu və bu xalqı, bu ordunu böyük ustalıqla zəfərə çatdıran indiki iqtidardı, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu alternativi olmayan siyasi kursu layiqincə, yaradıcılıqla davam etdirən Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdi. Bu danılmaz həqiqəti bütün xalq, dünya azərbaycanlıları və türk dünyası dərk edib qürur duyduğu halda Əli Kərimli, Cəmil Həsənli, eləcə də xaricdə oturub erməni pulu ilə danışan bəzi sapı özümüzdən olan baltalar nədən görmək, qəbul etmək istəmirlər? Sualın cavabı hər kəsə məlumdur. Onlara bu iqtidarın qələbələrə, yüksəlişə, inkişafa yönəlik siyasi xətti sərfəli deyil. Onlara ac-yalavac xalq, cəbhədə məğlubiyyət, dövlətçilikdə zəiflik yaradan amillər lazımdır ki, aldıqları milyonları "perepiska" edə bilsinlər. Belədə əlac qalır şərə, böhtana. Amma anlamaq istəmirlər ki, bu xalqa çox hürən itlər olub. Xalq isə karvanını keçirməkdə olub. Çünki "karvan"ın başında hamının inandığı lider var. Onlar nə qədər çox danışsalar, bir o qədər biabır olurlar. Məsləhət görərdik ki, danışmasınlar, danışdıqca daha da batırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB