""Xarı bülbül" festivalı ənənəvi olacaq" DEPUTAT ŞƏRH ETDİ

"“Xarı bülbül" festivalı hər bir azərbaycanlı üçün qürur festivalı idi”. Bu sözləri SİA-ya açılamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, əslində bu festival Azərbaycan xalqının öz mədəni paytaxtına qayıdış simvolu idi: “Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti öz paytaxtında bütün dünyaya bizim mədəniyyətimizin, xalqımızın gücünü nümayiş etdirdi. Bu tək hərbi qələbənin bayram şəklində qeydi deyildi. Həmçinin Azərbaycanın gələcəyə baxışı idi. Cənab Prezident öz çıxışında həmin proseslərlə bağlı istiqamətlər də verdi”.

Deputat qeyd edib ki, mədəniyyətlə yanaşı Azərbaycan dünyaya öz multikultural dəyərlərini və ənənələrini nümayiş etdirdi: ““Xarı bülbül” festivalında Azərbaycanın rəngarəng mədəniyyəti nümayiş etdirildi. Bununla yanaşı Azərbaycan qəti şəkildə heç bir revanşa cəhdləri qəbul etməyəcək. Bizim dəmir yumruğumuz yerindədir. Bizim planımız Zəngəzur dəhlizinin açaraq türk dünyasının birləşdirməkdir. Biz festivalda bizə bu qələbəni bəxş edən şəhidllərimizi də unutmadıq. Azərbaycan birinci və ikinci Vətən müharibəsində çoxlu sayda igidlərini, oğullarını qurban verdi. Düşünürəm ki, “Xarı bülbül” festivalı ənənəvi olacaq. Bu festival Azərbaycan mədəniyyətinin paytaxtından dünyaya çıxış edəcək”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə