Ermənistanın hərbi əsir adı verdiyi və Azərbaycanda saxlanılan erməni hərbi personalı ilə bağlı məsələ, 10 noyabr tarixli üçtərəfli razılaşmalarla aydınlaşdırılmayan vacib detallardan biridir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində rusiyalı ekspert Qriqori Trofimçuk tert.am saytına verdiyi müsahibəsində deyib.
“Hər kəsin bu məsələyə öz baxışı var. İrəvan və Bakının fikirləri bir-birindən fərqlidir, bunların tam əksi olan fikirlər də Rusiyada var. Məhz bu səbəbdən də, Rusiya nümayəndə heyətinin üzvləri, bu insanların “əsir”, yoxsa “təxribatçı” olduğunu müəyyənləşdirmək niyyətindədirlər”, deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Moskva, 10 noyabrdan sonra ən sevimli gözlənilməz üslubunda hərəkət etməyə davam edən, sanki 10 noyabrda heç bir əhəmiyyətli sənəd, heç nə olmamışdı kimi davranan Nikol Paşinyanın 10 noyabrdan sonra etdiyi davranışdan tamamilə razı olmaya bilər.
“10 noyabr tarixli sənəd olmasa da belə, onun rəhbərliyi altında Ermənistana çoxlu suallar var idi. Məsəl üçün demək olar ki, Amerika Birləşmiş Ştatları tərəfindən də yox, bilavasitə Pentaqonun özü tərəfindən maliyyələşdirilən Amerika bioloji laboratoriyaları hələ də Ermənistan ərazilərində fəaliyyət göstərir. Üstəlik, bu laboratoriyalar, hətta Ermənistandakı sonsuz sanitar karantinlər fonunda belə fəaliyyət göstərir və COVID-19 ştammlarının təkrarlanmasında iştirak edib-etmədikləri barədə təbii ki, şübhə yaradır. Bu detallar mənfi bir siyasi zəmin yaratmağa qadirdirlər”, deyə Qriqori Trofimçuk bəyan eib.
Bu gün bir çox media səhifələrinin yazdığı kimi, ekspert də vurğulayıb ki, "Rusiya nümayəndə heyətinin, Ermənistan tərəfindən məhbus adlandırılanların geri qaytarılması üçün səs verməkdən imtina etməsi Ermənistan sakinlərini hirsləndirib".
“Yəni bu, ilk qəzəb deyil, onsuz da kifayət qədər belə qəzəb var. Xüsusən, bunlar arasında həqiqətən təşkil edilmiş “Muradovun yerinə yetirilməmiş missiyasının qəzəbi” də yer alır. Ancaq ermənilərin, xüsusən də bu yaxınlarda İrəvandakı NATO məlumat mərkəzinin keçmiş rəhbərini döyən ölkənin vətənpərvər vətəndaşlarının əks qəzəbini də bilirik.
Xatırladaq ki, erməni mediası nədənsə bu həqiqətə heç bir əhəmiyyət verməyib, baxmayaraq ki, bu özlüyündə özü də göstəricidir. Çünki bu, birbaşa Ermənistanda kök salmış Qərb strukturlarının güclənməsindən narazılığın göstəricisidir. Ancaq eyni zamanda, erməni cəmiyyəti daxilində hər şeydə guya NATO-nun deyil, KTMT-nin günahkar olduğu barədə səslər eşidilir. Bütün bu səbəblərin birlikdə göründüyü kimi anlaşılmaz bir səsverməyə səbəb olduğu söylənildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB