AŞ PA Cənubi Qafqazda dəstəyini təklif edə bilər

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda dayanıqlı sülhün qurulmasının dəstəklənməsi üçün addımlar ata bilər. SİA-nın məlumatına görə, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç AŞ PA-nın yaz sessiyasında deyib.

O, atəşin dayandırılması ilə bağlı noyabr sazişini alqışladığını vurğulayıb: "Hazırda işin vacib tərəfi atəşkəs rejiminə əməl olunmasını təmin etmək və əlbəttə ki, dayanıqlı sülh naminə çalışmaqdır".

Baş katib əlavə edib ki, AŞ PA artıq etimadın möhkəmləndirilməsi tədbirləri üzərində işləyir. Onun sözlərinə görə, AŞ PA-nın təklif edə biləcəyi addımlar mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə