Çexiyanın eks-prezidenti kəskin danışdı Rusiya ilə qalmaqal barədə

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus mövcud hakimiyyəti qondarma bir təhdidlə əhalini qorxutmağa çalışmaqda günahlandırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, onun ifadəsini “Lidovky” qəzeti yayımlayıb.

Klaus ölkədəki "koronavirus isteriyası" və ümumi məlumat çatışmazlığı kontekstində saxta informasiyaların çox asanlıqla yayıldığını qeyd edib. O, yaxınlaşan parlament seçkilərinə də diqqət çəkib.

"Başqa siyasətçilər və müşahidəçilərlə bu mövzuda kimin ən sərt və orijinal bəyanat verəcəyi ilə rəqabət etmək istəməzdim", deyə keçmiş prezident bəyan edib. Etiraf edib ki, nə vaxtsa özünün 50-ci illərə dönəcəyinə heç zaman inanmayıb.

Onun fikrincə, Donald Tramp ABŞ-da yenidən seçilsəydi, heç kim yeddi il əvvəl Vrbetitsadaki bir sursat anbarında baş verən partlayışı xatırlamazdı.

"Hökumətimiz və onunla əlaqəli yalançı müxalifət başa düşür ki, insanları koronavirusla sonsuz dərəcədə qorxutmaq mümkün deyil və bu səbəbdən insanları qorxu içində saxlamaq üçün başqa bir uydurma təhdid axtarırlar", deyə keçmiş dövlət başçısı əlavə edib.

Klaus qorxmuş insanları idarə etmək daha asan olduğunu vurğulayıb. Siyasətçiləri dayanmağa və özləri haqqında deyil, ilk növbədə ölkə haqqında düşünməyə çağırıb.

Xatırladaq ki, şənbə günü Çexiya baş naziri Andrey Babis, səlahiyyətlilərin 2014-cü ildə Vrbetitsadaki bir sursat anbarında baş verən partlayışda Rusiya xüsusi xidmətlərindən şübhələndiyini söyləyib. Cümhuriyyət Xarici İşlər Nazirliyinin başçısı Jan Hamacek də öz növbəsində 18 rus diplomatın ölkədən çıxarılacağını söyləyib.
Bazar günü isə Moskva cavab tədbirləri barədə elan edib. Xarici İşlər Nazirliyinə çağırılan Çex səfiri Vitezslav Pivonka, diplomatik nümayəndəliyin 20 işçisinin “persona non qrata” elan edildiyi və 24 saat ərzində Rusiya ərazisini tərk etməsi lazım olduğu barədə məlumat verilib.

Xarici İşlər Nazirliyi, Rusiya xüsusi xidmət orqanlarının Çexiyadakı Vrbetitsadakı partlayışa qarışması ilə bağlı açıqlamaların absurd, əsassız və uzaq düşüncə olduğunu vurğulay;b. Qeyd edilib ki, Qərb insanları daxili problemlərindən yayındırmaq üçün “hər şeydən - hər hansı bir mifdən, hər hansı bir saxtadan” istifadə edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...