Xankəndidəki erməni separatçıların "deputatı" Metakse Hakopyan maraqlı açıqlama ilə çıxış edib. Hakopyan ermənilərin Qarabağı tərk etməyə başladığını bildirib.
O, Qarabağda yaşayan ermənilərin gələcəyə ümidlərinin qalmadığını deyib. "Müharibədən sonra Qarabağdakı ermənilərin sosial məsələləri həll olunmur, əhali tədricən gələcəyə ümidini itirir, əksəriyyət getmək haqqında düşünür. Artıq həkimlər, müəllimlər, mədəniyyət işçiləri, ixtisas sahibi olanlar gedirlər. Belə davam edərsə, tezliklə Qarabağ boşalacaq", - M.Hakopyan bildirib.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə