“Erməni diversantların saxlanılması...” Anar Əliyev

“Erməni diversantların saxlanılması Azərbaycanın əlində olan çox mühüm bir təzyiq vasitəsidir”. Bunu SİA-ya açıqlamasında Beynəlxalq ekspert Anar Əliyev deyib.

Anar Əliyev vurğulayıb ki, Azərbaycan erməni diversantların saxlanılmasından kifayət qədər maksimum şəkildə istifadə etməyə çalışacaq: “Azərbaycan Ermənistana qarşı heç bir əsassız təziq, şərt irəli sürmür. İrəli sürdüyümüz şərtlər bundan ibarətdir ki, 10 noyabr bəyanatında və 11 yanvar bəyanatında öz əksini tapmış şərtlərin bəzilərini Ermənistan hələki yerinə yetirmək istəmir. Məsələn,10 noyabr bəyanatın 4 bəndinə əsasən irəli gələn tələblərə görə Ermənistan silahlı qüvvələri Qarabağ ərzisindən çıxarılmalıdır.Bildiyimiz kimi onların böyük bir qismi çıxarılıb, lakin hələdə müəyyən bir hissə hərbi birləşmələr Qarabağ ərazisində qalıb. Xatırladım ki, şərtləri Ermənistan baş naziri Nikol Paşinyan öz imzası ilə təsdiq edib.

Digər bir məsələyə görə 11 yanvar eyni zamanda 10 noyabr bəyanatının 9 bəndinə əsasən göstərilən tələb Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizinin açılmasında çox böyük işlər gedir.Hesab edirəm ki ,yaxın müddətdə Zəngəzur Dəhlizi ilə bağlı olan praktiki işlərində də şahidi olacağıq.Yəni,orda artıq konkret işlərin şahidi və müşahidəçisi olacağıq. Zəngəzur dəhlizinin açılmasına kifayət qədər vaxt var və açılışda kimin iştirak etməsi hələ məlum deyil”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...