ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün bəyanatla çıxış ediblər. SİA xəbər xəbər verir ki, həmsədrlər atəşkəsin möhkəmlənməsindən məmnuniyyətini bildirir və tərəflərin 9 noyabr 2020-ci il tarixində əldə etdikləri razılaşmanın icrasını yaxından izləyirlər. Həmsədrlər meyidlərin qaytarılması ilə bağlı əldə olunan mühüm nailiyyətləri və münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, humanitar yardımın göstərilməsi və adekvat yaşayış şəraiti, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələr ilə bağlı davam edən irəliləyişləri alqışlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...