Fahrettin Altun Ağdamdan UNESCO-ya səsləndi

"Burada gördüklərimiz tamamilə vandallıqdır". SİA-nın verdiyi məlumata görə, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Ağdam şəhərində jurnalistlərə verdiyi açıqlamasında deyib.

"Mən buradan UNESCO-ya səslənərək bildirmək istəyirəm ki, Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Buna göz yumulmamalıdır.

UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini artıq rəsmən görsünlər"-deyə, Fahrettin Altun bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə