“Fithch”ə görə, Paşinyan hakimiyyətini qoruyub-saxlayacaq PROQNOZ
ABŞ-ın "Fitch Ratings" analitik reytinq agentliyinin apardığı proqnozların nəticələrinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın "Mənim addımım" alyansı 20 iyun 2021-ci ildə keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərdə parlamentdə yer aldığı və çoxluq təşkil etdiyi mövcud koalisiyasını qoruyub-saxlayacaq. SİA xəbər verir ki, bunu ProArmenian teleqram kanalı yazır.
"Paşinyan 2020-ci ilin 9 noyabrında Qarabağ münaqişəsinə son qoyulması üçün Rusiyanın təşəbbüsü ilə atəşkəsin əldə olunması istiqamətində Bəyanata imza atdıqdan sonra, ölkədə onun istefası tələbi çərçivəsində gücləndirilmiş etirazlar və hərbçilər tərəfindən siyasi müdaxilələr müşahidə olunur", deyə yazılan proqnozda bildirilir ki, buna baxmayaraq, Paşinyan iqtidarını saxlamağa müvəffəq olacaq. Lakin müəyyən çətinliklər də qaçılmazdır.
"Biz Paşinyanın hakimiyyətini saxlayacağını gözləyirik. Müharibədən sonra onun hökumətinə dəstək azalıb və struktur islahatları, korrupsiyayla mübarizə ilə bağlı məsələlərdə problemlər yarada bilər", deyə "Fitch Ratings" analitik reytinq agentliyinin məlumatında bildirilir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB