Rusiya və Azərbaycan XİN başçılarının görüşü planlaşdırılır

Rusiya və Azərbaycan XİN başçılarının görüşü planlaşdırılır

Rusiya və Azərbaycan Xarici İşlər nazirləri arasında görüş planlaşdırılır. SİA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada baş tutacaq Müstəqil Dövlətlər Birliyi ​ xarici işlər nazirlərinin iclası çərçivəsində keçiriləcək.

Zaxarova Rusiya Xarici İşlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə